Havalandırma sistemləri üzrə mütəxəssis

İşin təsviri

Təsvir:

  • İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
  • İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
  • Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
  • İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
  • İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.

Tələblər:

  • Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;
  • Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
  • Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi;
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
  • Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər;
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Sosial imtiyazlar:

  • Könüllü tibbi sığorta

İşəgötürənin reytinqi