SMM (Sosial Media Marketinq)

  • ISCA Academy
  • Elanın qoyulma tarixi: 01.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Mərkəzin tədbirlərinin, PR aksiyalarının təşkil olunmasında köməklik göstərilməsi, sosial media səhifələrinin mütəmadi yenilənməsinin təşkil edilməsi.

Əsas vəzifə və öhdəliklər:

  • Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Google Plus, Youtube və s.) ilə işləmək;
  • Gündəlik, həftəlik və aylıq kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək; 
  • Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn, foto və video) hazırlamaq və ya seçmək;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq; 
  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
  • Mərkəzin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək; 
  • Bütün SMM kanallarına nəzarət etmək;
  • İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək;
  • Açılış mərasimlərinin təşkil olunmasında dəstək olmaq; 
  • Hesabatları hazırlamaq. 

Tələblər:

  • Marketinq və ya müvafiq sahədə ali təhsil;
  • Sosial media, Copywriter sahəsində biliklər və ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
  • Sosial mediada maksimal “interaction” əldə etmək üçün foto və ya video seçmək bacarığı;
  • Eyni vaxtda bir neçə layihəni məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti;
  • Dizayn proqramı və əlavələrində işləmək bacarığı;
  • Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator)

Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini e-mail ünvanına göndərə bilər.