Tarix müəllimi

  • ISCA Academy
  • Elanın qoyulma tarixi: 30.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Abituriyent proqramının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, uyğun, hərtərəfli kurikulumu hazırlamaq və həyata keçirmək üçün kursun koordinatoru və müəllim həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Şagirdlərin bacarıq və yaş səviyyəsinə uyğun dərs planlarını müvafiq şəkildə işləyib hazırlamaq və bütün şagirdləri dərsdə iştiraka təşviq etmək;
  • Şagirdlər üçün təlimdə yüksək gözləntilər müəyyən etmək;
  • Komandanın üzvü kimi peşəkar inkişafa dəstək olmaq və daim inkişaf edən kurikuluma öz töhfəsini vermək üçün səmərəli təlim strategiyaları və dərs planlarını komandanın digər üzvləri ilə paylaşmaq;
  • Şagirdlərin öyrənməsini inkişaf etdirən vaxtında və səmərəli əks-əlaqəni təmin etməklə müvafiq qiymətləndirmə tapşırıqları hazırlamaq;
  • Şagirdlər, valideynlər və həmkarları ilə peşəkar şəkildə səmərəli ünsiyyət qurmaq;
  • Müvafiq şəkildə valideyn iclasları, səhər görüşləri və peşəkar inkişaf proqramlarında iştirak etmək;
  • Rəhbərlik tərəfindən müvafiq şəkildə tələb olunan digər vəzifə, tapşırıq və işlərdə köməklik göstərmək. 

Tələblər:

  • Tədris fənni üzrə ən az bakalavr təhsili;
  • Orta təhsil üzrə ən azı iki illik müəllimlik təcrübəsi; 
  • Milli kurrikulum proqramının tədrisi üzrə təcrübənin üstünlüyü;
  • Şagirdlər, həmkarlar və valideynlərlə peşəkar ünsiyyət qurmaq və mərkəz icmasının bütün üzvləri ilə güclü əlaqələr yaratmaq bacarığı;
  • İKT, MS Office və müasir təlim texnologiyaları üzrə biliklər
  • Əməkdaşlıq şəraitində işləmək bacarığı;

CV-də aşağıdakı məlumatlar olmalıdır:

  • İddiaçının adı, soyadı;
  • Doğum tarixi;
  • Ali təhsil haqqında ətraflı məlumat;
  • İş təcrübəsi haqqında ətraflı məlumat;
  • İddiaçı barədə zəmanət verə biləcək 2 şəxsin adı və əlaqə nömrələri.

CV-lər namizədin iş təcrübəsinə və göstərilən tələblərə uyğunluğu əsasında seçiləcəkdir. 

Uğurlu namizədlər fənn bilikləri və bacarıqları üzrə sınaqdan keçiriləcəkdir:  

  1. Müsahibələr;
  2. Fənn üzrə test;
  3. Açıq dərs.

Ərizələrin qəbul qaydaları:

Maraqlanan şəxslər niyyət məktubu və tələblərə uyğun təcrübə və keyfiyyətləri özündə əks etdirən CV-ni elektron poçtuna göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərin hansı vəzifə üzrə verildiyi qeyd edilməlidir. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız seçilmiş namizədlərə müsahibə haqqında məlumat veriləcəkdir.

Sənədlərin təqdim edilməsi üçün son tarix göstərilsə də, daha tez edilən müraciətlər rəğbətlənir və müvafiq ixtisas üzrə uyğun namizəd tapıldıqdan sonra müsahibə prosesini yekunlaşdırmaq hüququmuz vardır.

CV-lərin təqdim edilməsi üçün son tarix 10 fevral 2024-cü il