İşin təsviri
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirməsi;
- Şirkətin elektron poçt ünvanına daxil olan məktubların cavablandırılması və yönləndirilməsi;
- Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunu aparılması;
- Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi;
- Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları ilə təmin edilməsi;
- Sənədlərin arxivləşməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün icrası və s.
Tələblər:
- Yaş: 20 –30 yaş
- Cins: Qadın
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: 1 il və yaxud daha çox.
- Dil bilikləri: İngilis dili yaxşı səviyyədə arzu olunandır.
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
- Təşkilatçılıq və analiz etmək bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
- Səliqəli, punktual, xoş görünüşlü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Ofis meneceri ” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.(Yalnız vakansiya üzrə uyğun CV-lər dəyərləndiriləcək.)