İşin təsviri
İşin təsviri:
- 6/10/35 KV-luq transformator məntəqələrinə və KTM-lərə dövrü texniki qulluğun göstərilməsi;
- Periodik plan əsasında texniki baxışların aparılması;
- Cihaz və qurğulara, ehtiyyat hissələrinə, təmir işlərinə və başqa texniki prosedurlara dair tələbnamələrin hazırlanması;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları.
Vakansiya üzrə tələblər:
- 35-45 yaş;
- Ali texniki təhsil (Orta texniki təhsil: Elektrik-montyoru);
- Müvafiq iş stajı 5-10 il;
- Yüksək gərginlikli transformator məntəqələrində və KTM-lərdə iş təcrübəsi;
- Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
İş şərtləri:
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.