İşin təsviri
Namizəd üçün tələblər:
- Yaş - 22-35
- Təhsil - Orta və ya Ali
- Dillər : Azərbaycan və Rus dili (ingilis dili üstünlükdür)
- Zəif axın sistemləri üzrə texniki biliklər, satış təcrübəsi vacibdir.
- Ünsiyyət və qeyd olunan dillərdə düzgün kommunikasiya qurmağı bacarmalıdır.
- Komanda ilə işləməyi, daxili prosedurlara uyğun olaraq fəaliyyət göstərməyi bilməlidir.
İşin təsviri:
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər cəlb etmək;
- Müştərilərin istək və ehtiyaclarını ünsiyyət əsasında təxmin edə bilmək;
- Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün səy göstərmək;
- Görüşlər zamanı şirkətin məhsul və xidmətlər haqqında ətraflı və dolğun məlumat vermək;
- Satış sonrası prosesləri izləyərək müştəriyə göstərilən xidməti nəzarətdə saxlamaq;
- Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəfləri yerinə yetirmək.
Bizim təkliflərimiz:
- ARƏM uyğun işə qəbul;
- Başlanğıc üçün rəqabətə uyğun əmək haqqı;
- Rahat iş şəraiti;
- Daim inkişaf yönümlü və mehriban komanda.
İş şəraiti:
- Əmək haqqı: 1000+ AZN,
- Korporativ nömrə (Korporativ paket),
- Ünvan: Bakı şəh,Ə.Rəcəbli 69X
- İş qrafiki : 6 gün
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “ B2B üzrə Satış Mütəxəssisi” yazaraq göndərə bilərlər.