Proqram Təminatı Testi üzrə Mühəndis

İşin təsviri

Bizim böyük və iddialı layihəmiz Azərbaycanda və regionda qatarların hərəkətinin təhlükəsizliyini, yüksək sürəti və hərəkət intensivliyini təmin edən ilk dəmir yolu avtomatlaşdırma sisteminin sıfırdan işlənib hazırlanması ilə bağlıdır. Layihə operatorlar üçün avtomatlaşdırılmış iş yerlərini (AWP), asılılıqların həyata keçirilməsini təmin edən təhlükəsiz mərkəzi kontrollerləri, dəmir yolu avtomatlaşdırma obyektlərinin idarə edilməsi üçün avadanlıqlarını, akkreditə olunmuş Avropa mərkəzində sistemin sertifikatlaşdırılmasını və s. kimi mərhələləri əhatə edir. Komandamız proqramçılar, dəmiryollarının avtomatikası sistemləri və təhlükəsizlik sahəsi üzrə mütəxəssislər və layihəçilərdən ibarətdir.

Sizi komandamızın bir hissəsi olmağa dəvət edirik. Əgər Siz yeni başlayan və ya təcrübəli proqramçısınızsa, fikirlərinizi yazılı şəkildə ifadə edə, azərbaycan və rus dillərində səlis danışa/yaza bilirsinizsə, bizimlə əlaqə saxlayıb CV-nizi göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

  • Proqram təminatı üçün sənədlərin işlənib hazırlanması
  • Proqram təminatının test olunması
  • Testin nəticələri haqda hesabatların hazırlanması
  • Sertifikatlaşdırma üçün sənədlərin hazırlanmasında iştirak etmək

Namizədə olan tələblər:

  • Texniki təhsil
  • Windows və Linux platformalarında işləmək bacarığı
  • String CS (alqoritmlər və məlumat strukturları) üzrə biliklər və problem həlli bacarıqları
  • PMK (PLC) və IEC 61131-3 (Strukturlaşdırılmış Mətn və Funksiya Blok Diaqramı) proqramlaşdırma dilləri üzrə biliklər
  • Proqram təminatının hazırlanması bacarıqları
  • Texniki məlumatları yazılı/şifahi formada düzgün ifadə etmək bacarığı
  • Azərbaycan və rus dillərində səlis danışmaq/yazmaq (C2), İngilis dili arzuolunandır (B1).

Əmək haqqı: Razılaşma əsasında.