Daxili auditor

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 29.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Sahə üzrə iş təcrübəsi 3 il; 
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
  • CIA, CPA və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Mehriban kollektiv;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.

Vəzifə və öhdəliklər:

  • Audit olunan müəssisə/proses haqqında ilkin məlumatları əldə etmək və təhlil etmək;
  • Biznes prosesləri sənədlər və müsahibələrə əsasən sənədləşdirmək;
  • Biznes proseslərdə təsvir olunan nəzarət sistemlərini yoxlamaq;
  • Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək;
  • Nəzarət sistemlərində olan boşluqların müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək;
  • Audit testlərini həyata keçirmək və dəstəkləyici sənədləri yoxlamaq;
  • Mühasibat yazılışlarının qəbul olunmuş standartlara uyğun aparılmasını yoxlamaq;
  • Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək;
  • Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Daxili auditor” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi