İşin təsviri
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq vəzifədə minimum 3 il
- Dil bilikləri: İngilis, Rus və Türk dilləri – sərbəst (şifahi və yazılı)
- Xarici bazar üzrə araşdırma, qiymətləndirmə aparmaq və optimallaşdırmaq üçün təkliflər vermək;
- Yüksək şifahi və yazılı kommunikasiya səviyyəsi
- Daşınmaların təşkili üçün effektiv və sərfəli yolların araşdırılması
- Material və məhsulların texniki məlumatlarının araşdırılması və müqayisə olunması;
- Müvafiq hesabatların hazırlanması
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
- Material və məhsulların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Daxil olan satınalma sifarişlərinin vaxtında və keyfiyyətli həyata keçirmək
- Müqavilələrin bağlanması, şərtlərin müəyyən edilməsi və öhdəliklərin vaxtında icra edilməsini kontrol etmək
- Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar
- Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
- Tədarük prosesində maneələrin, problemlərin aradan qaldırılması və koordinasiyası.
AR Əmək qanunveriliyi üzrə sənədləşmə
İş qrafiki 6 gün.
Həftə içi - 09:00-18:00
Şənbə- 09:00-15:00
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
Maraqlanan namizədlər mövzuda “Xarici satınalma üzrə mütəxəsis” qeyd etməklə CV-lərini göndərsinlər.