Energetika Mühəndisi

İşin təsviri

İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,

Əmək haqqı: 600-1000 AZN.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,

Tələblər:

  • Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr),
  • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
  • Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
  • Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
  • MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
  • Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili,

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını Energetika Mühəndisi  Mövzu bölməsində göstərin.