Hüquqşünas

  • Golden Pay
  • Elanın qoyulma tarixi: 24.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  • Hesabat verir: Baş İcraçı Direktora
  • İş Qrafiki: 1-5 günlər; 09:00-18:00
  • Əmək haqqı: Müsahibə əsasında
  • Müqavilə müddəti:3 ay sınaq müddəti ilə 1 illik bağlanır.
  • İş yeri: Ünvan -Cəfər Cabbarlı küç, 609, “Globus Center” 12-ci mərtəbə, Bakı, Azərbaycan AZ1065
  • Əlaqə nömrəsi: *0713

Əsas Vəzifə va Öhdəliklər:

  • Təşkilat daxili müqavilələri (kredit, əməkdaşlıq və digər) hazırlayır, onların reyestrini həyata keçirir və daim təkmilləşdirilməsini həyata keçirir;
  • Daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
  • Təşkilata daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin edir;
  • Təşkilatın fəaliyyəti ilə bağlı hüquqi rəylərin verilməsi;
  • Təşkilatın tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirir və viza verir;
  • Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsasını yoxlayaraq  ümumi nəzarəti həyata keçirir;
  • Təşkilatın yeni normativ sənədlərinin, mülki hüquqi müqаvilələrinin və digər hüquqi sənədlərin hаzırlаyır;
  • Bütün struktur bölmələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasını həyata keçirir;
  • Təşkilatın ümumi fəaliyyətində hüquqi risklərin idarə edilməsini təmin edir;
  • Dövlət orqanlarına tələb olunan sənədlərin təqdim edilməsini həyata keçirir (sənədlərin yoxlanması, tərtib və təhvili);
  • Əməkdaşlara dövlət və icra orqanlarında, notariuslarda təşkilatın təmsil edilməsi ilə bağlı etibarnamələrin hazırlanması və verilməsini həyata keçirir;
  • Məhkəmədə iddia qaldırılması məqsədilə zəruri iş materiallarını toplayır, onların təhlilini aparır və məhkəməyə təqdim edir;
  • Məhkəmənin qətnaməsi və digər qərarları ilə razılaşmadıqda apellyasiya şikayətlərini hazırlayır və müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməsini təşkil edir.
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır.

Tələblər:

  • Təhsil: Hüquq ixtisası üzrə ali təhsil;
  • Minimum 3 il korporativ təcrübə (Bank və maliyyə sektorunda təcrübə üstünlükdür)
  • Məsuliyyətlilik, ünsiyyət qurmaq bacarığı, etibarlılıq
  • Detallara fikir vermək qabiliyyəti
  • Azərbaycan dilini mükəmməl bilmək (Rus dili və İngilis dilini bilmək üstünlükdür)
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)

 

İşəgötürənin reytinqi