Hüquq şöbəsinin müdiri

  • Matanat A
  • Elanın qoyulma tarixi: 24.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
  • Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
  • Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
  • Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
  • Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
  • Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
  • Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
  • Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;
  • Şirkət rəhbərliyinə hesabatların verilməsi

Tələblər:

  • Təhsil: Ali (hüquq sahəsi üzrə)
  • Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi

Tələb olunan bacarıqlar:

  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır)

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.
  • İş yeri - Luxen Plaza
  • Nahar şirkət tərəfindən verilir.
  • Korporativ nömrə verilir.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin və ya Vakansiyalar | Glorri | İş Elanları linkına daxil olub qeydiyyatdan kenin.

İşəgötürənin reytinqi