Idarəedici informasiya sistemləri şöbəsi – müdir

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 15.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Idarəedici informasiya sistemləri şöbəsi – müdir

Namizədə tələblər 
o   Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o   Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o   Maliyyə sahəsində minimum bir illik təcrübəyə malik olması;
o   Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o   Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
o   Progres proqramında işləmə bacarığı; 
 
İş barədə məlumat
Şöbəyyə ayrılmış büdcənin istifadəsinə nəzarət edir.
Şöbə tərəfindən hazırlanan Mərkəzi Bankın, ƏSF-nun, DSK-nin hesabatların qaydalarına uyğun tərtib edilməsinə və təqdim etmə müddətinə nəzarət edir.
Şöbə tərəfindən hazırlanan bankın menecmentinə, komitələrinə, investorlarına  hesabatların  tərtib edilməsinə və təqdim etmə müddətinə nəzarət edir.
Bank İT menecerin razılaşdırması ilə mövcüd və proektdə olan hesabatların avtomatlaşdırılmasının iş planı tərtib edir və birbaşa texniki tapsırıqların yazılmasında iştirak edir  və onların vaxtında  icrasında məsuliyyət daşıyır.   
Bankın rəhbərliyinə mövcüd produktların satış üzrə hesabatını təhlil edərək  məhsul strateqiyasına uyğun təklifləri hazırlayır.
Bankın növbəti il üçün maliyyə əmsallarının(yekunlarının) proqnoz rəqəmlərini müəyyən edilməsində iştirak edir.
Bankın fəaliyyətində Mərkəzi Bankın tərəfindən təsis edilmiş maliyyə əmsallarına və bankdaxili mövcüd olan  limitlərinə riayət etməsinə nəzarət edir və bankın menecmentinə daimi məlumat verir.  
Bankın İRD-i birgə şöbənin işçilərinin təsnifatın artırılmasında iştirak edir.     
Tələb olan vaxtda MD-nin  müdir vəzifələrini icra edir.
Şöbənin işinin keyfiyyətinin artırılmasına nəzarət
 
CV-ləri [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.