İşin təsviri
Vəzifə öhdəlikləri:
- Sosial media hesabları və platformalarını idarə etmək və aktivliyi artırmaq üçün mütəmadi paylaşımlar etmək (Facebook, Instagram, Tik-tok və s.);
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına mükəmməl şəkildə əməl edərək mətnlərin yazılması;
- Yüksək keyfiyyətli və satış yönümlü kontentin hazırlanması və sosial mediada paylaşılması;
- Mövzuların hazırlanması və uyğun kopiraytinq;
- Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək;
- Müştərilərin müraciətlərinin operativ şəkildə cavablandırılması;
- Aylıq fəaliyyət planının hazırlanması və həyata keçirilməsinin izlənilməsi;
- Hesabatların hazırlanması və təqdim olunması.
Namizədə tələblər:
- Yaş: 24-30 Bəy namizəd
- İngilis və ya rus dillərindən hər hansı birini yüksək səviyyədə bilmək;
- Yüksək araşdırma və analiz qabiliyyəti, öyrənmə və inkişafa meyillilik;
- Mövcud sahədə iş təcrübəsi;
- Avtomobil sahəsinə marağı olan namizədlərə üstünlük veriləcək.
İş qrafiki: həftənin 5 günü, 09:00 – 18:00;
Əmək haqqı: 800-1000 AZN təşkil edir.
Uyğun namizədlərdən öz CV-lərini “SMM Menecer” başlığı altında 10.02.2024-cü il tarixinədək e-mail ünvanına göndərmələri xahiş olunur.