Biznesin inkişafı şöbəsinin müdiri

  • Air Group
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil
  • Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
  • Kollektivlə ünsiyyət qurma bacarığı
  • Stresə davamlı
  • Səliqəli və ciddi xarici görünüş
  • Azərbaycan, ingilis və rus dillərini bilməli.
  • Xaricdə təjsil və iş təcrübəsi üstünlükdür.

İş barədə məlumat:

  • Şöbənin fəaliyyətini təşkil etməkdə iştirak etmək və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;   
  • Cəmiyyətin qısa, orta və uzunmüddətli strategiyasının hazırlanmasını təşkil etmək;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş İş planları və digər bu kimi sənədlərin hazırlanmasında iştirak etmək, habelə İş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
  • Biznesin inkişafı istiqamətində dünya praktikası və mövcud vəziyyəti nəzərə alaraq alternativ biznes modelləri dəyərləndirilmək və müvafiq təkliflər vermək;
  • Yeni investisiya layihələri üzrə iqtisadi təhlillər aparmaq;
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Cəmiyyətin digər strukturlarından zəruri məlumat və sənədləri sorğulamaq;
  • Cəmiyyətin Strateji planının hazırlanmasınında birbaşa iştirak etmək;
  • Beynəlxalq təşkilatlarla, xarici şirkət və partnyorlarla işgüzar əlaqələr yaratmaq və inkişaf etdirmək;
  • Cəmiyyətin illik satış planının hazırlanmasında iştirak etmək;
  • Şirkətə məxsus olan bütün məhsulların satışında iştirak etmək, satışla bağlı zəruri işləri həyata keçirmək;
  • Mövcud kampaniyaların nəticələrinin təhlili və effektivliyinin artırılması üçün təkliflərin verilməsi;
  • Mövcud və potensial müştərilərlə görüşlər və yeni əməkdaşlıq imkanlarının təklif olunması;
  • Satış və marketinq strategiyalarının inkişafı üçün marketinq və satış komandaları ilə sıx əməkdaşlıq.

 Əlavə məlumatlar:

  • Əmək haqqı: Ştat cədvəlinə uyğun
  •  İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Korporativ nömrə və danışıq balansı

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Biznesin inkişafı şöbəsinin müdiri” sözlərini qeyd edərək elektron ünvanına göndərsinlər.