Baş mühasib

  • Intermak Group
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
  • Ödənişləri nəzarətdə saxlamaq
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
  • Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
  • Daxili nəzarət (audit)
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Bütün Bank əməliyyatların icra edilməsi
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.

Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):

  • Ali təhsili (müvafiq sahə üzrə)
  • Dil bilikləri: Azərbaycan dili sərbəst
  • İş təcrübəsi: 5-6 il
  • Komandada işləmək qabiliyyəti
  • MC ,Excell ofis proqramları müstəqil inkişafda, digər oxşar mühasibatlıq proqramlarını bilmək; PMS sertifikatı
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi

İş qrafiki - 6 günlük

Həftə içi 09:00 – 18:00

Şənbə 10:00-16:00

Ünvan: Babək prospekti 2360

Əmək haqqı – 2500-3000 AZN

Nahar şirkət tərəfindən verilir