Intermak Group


“İntermak Group” MMC 2017-ci ildə qurulmasına baxmayaraq qısa zamanda öz sektrounun əsas şirkətlərindən birinə çevrilmişdir. Şirkətimiz dünyanın 10 böyük forklift və anbar avadanlıqları istehsalçısından biri olan “ANHUİ HELİ Co. Ltd.”-nin Azərbaycanda rəsmi nümayəndəsi olub geniş satış, icarə və servis şəbəkəsi ilə xidmət göstərməkdədir. Regionun əsas logistika və sənaye şirkətlərində 1 tondan 45 tona qədər yükqaldırma qabiliyyəti olan müxtəlif HELİ forkliftləri böyük rəğbət görməkdədir. Şirkətimiz eyni zamanda Çinin əsas səbətli platform istehsalçılarından biri olan “SİNOBOOM” şirkətinin əsas partnyorlarından biridir. 43 metrəyə qədər yüksəklikdə işləmə qabiliyyəti olan bu səbətli platformlar yüksək hündürlüklü tikinti layihələrində geniş istifadə olunmaqdadır. Bunlara əlavə olaraq tikinti texnikaları sahəsində qabaqcıl istehsalçılardan biri oan “LİU GONG” şirkəti ilə də geniş əməkdaşlığımız mövcuddur Bu avadanlıqlarla yanaşı şirkətimiz müxtəlif sahələrdə istifadə edilən kənd təsərrüfatı, tikinti texnikaları, yük maşınları, forklift və anbar avadanlıqları üçün təkər satışı da həyata keçirməkdədir. Bu sahədə Holland markası olan “MAGNA TYRES” şirkətinin Azərbaycanda əsas partnyoruyuq.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?