Mühasib

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanması;
  • Bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks olunmasını təmin edir ;
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir; 
  • Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparmaq;
    Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması;
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat hesabatlarında əks etdirilməsi;
  • Bank hesablaşmaları üzrə əməliyyatların aparılması;
  • Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması. 
  • Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq; 
  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablamaq; 
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlamaq; 
  • Məzuniyyət haqlarının,  xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablamaq; 
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi; 
  • Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;  
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi; 
  • Departament müdirinin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi. 

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat/maliyyə) 
  • Müvafiq sahə üzrə 4-5 il iş təcrübəsi, tikinti sahəsi üzrə iş stajı arzuolunandır.
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır. 
  • Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikat və ya ixtisasartırma üstünlükdür.
  • 1C proqram təminatı üzrə təcrübə.

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün, şənbə və bazar istirahət);  
  • İş yeri (Bakı şəhəri: Həsən Əliyev 79) 
  • Könüllü tibbi sığorta;  
  • Əmək haqqı rəqabətə davamlı. 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.