Marketinq üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə təyin edilən tapşırıqların icrası
  • Marketinq komandasının hədəflərinin yerinə yetirilməsi
  • Bazar mövqelənməsinin təyin olunması istiqamətində işlərin təşkil edilməsi
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılması istiqamətində işlər
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təminatı
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsi
  • Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması istiqamətdə verilən tapşırıqların icrası
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi

Tələb və bacarıqlar:

  • Ali təhsil (Marketing və İqtisadiyyat);
  • Yaş həddi:23-38
  • Namizədlər:Bəy və xanım;
  • Ünsiyyət,yaradıcılıq,uygunlaşma,analitik düşüncə;
  • Dil bilikləri:Azərbaycan(səlis),Rus və İngilis üstünlükdür;
  • Şəxsi maşın və sürücülük vəsiqəsi üstünlükdür

İş günləri : həftədə 5 iş günü,saat 9.00-18.00

Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunur

Ünvan: 8 noyabr pr. Blue Residence

CV-lərinizi elektron ünvana “Marketinq üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz mütləqdir.

Əlaqə nömrəsi: 099 757 16 57- Namiq bəy