Biznes analitik (BI)

  • Azericard
  • Elanın qoyulma tarixi: 19.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (riyaziyyat, kompüter və İT sahələri üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə (maliyyə sahəsi üzrə təhlil) ən az 3 illik təcrübəyə malik olmalı;
  • Rus və İngilis dillərində bilik arzuolunandır;
  • Güclü təhlil qabiliyyəti və həll yollarının müəyyən edilməsi;
  • Hesablama nəticələrinin aydın və anlaşılan vizuallaşma bacarıqlarının olması (Tabelau, Excel);
  • Fərqli struktur üzvləri ilə ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə mövcud olan biznes prosesinin təhlili;
  • Biznes üçün əhəmiyyətli olan dəyişikliklər üzrə indikatorların müəyyən edilməsi və onların proqramda ayarlanmasının təmin edilməsi;
  • Bazarın tələblərinə görə bacarıqlarının artırılması və dəyişiklərin aparılması;
  • Hesabat və təhlil tələb olan struktur bölmələri ilə düzgün kommunikasiyanın qurulması və düzgün tələblərin müəyyən edilməsi;
  • Analiz prosesi zamanı müəyyən məsələlər üzrə həllərin təklif edilməsi və vaxtında düzgün ünvana çatdırılmasının təmin edilməsi;
  • Data keyfiyyətinin əminliyini artırmaq məqsədi ilə davamlı dataların çarpaz yoxlama üsulları ilə yoxlanılması və təmizlənməsi üzrə işlərin aparılması;
  • Şirkətin biznes tələblərini dəqiq bilməsi, düzgün prioritetlərin qurulmasını və müvafiq hesabatları hazırlanmasının təmin edilməsi və hazırladığı data təhlillərinin biznes sahələrində istifadəsinə dair tövsiyyələrin verilməsi;
  • Statistik mənbələrdən məlumatların əldə edilməsi və onlar üzərindən məlumatların çarpaz yoxlanması əsasında dəqiq nəticələrin müəyyən edilməsi.

Namizədlərdən CV-lərini “Biznes analitik (BI)” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. 

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi