Proqram təminatları şöbəsi şəbəkə administratoru

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  •  Mövcud “NG Firewall”-ların administrasiyası;
  • Şəbəkə avadanlıqlarının sazlanması və idarə edilməsi;
  • RADIUS və TACACS+ serverlərinin administrasiyası və monitorinqi;
  • Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi;
  • Kabellər, şəbəkə yuvaları və s. ilə bağlı fiziki işlərin yerinə yetirilməsi;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Konvergent IP şəbəkələri WLAN, WAN, LAN, VPN/Firewall kimi şəbəkə infrastrukturları haqqında biliklər və onların tətbiqi;
  • AAA, RADIUS, TACACS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
  • BGP, EIGRP, OSPF, kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklər və onların tətbiqi;
  • VPNs, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
  • Data Center Switch haqqında biliklər və onların tətbiqi;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi;
  • Monitorinq sistemi üzrə biliklər;
  • Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə “şəbəkə administratoru” qeyd edərək, 01 fevral 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi