Satınalma Meneceri

  • Karvan L
  • Elanın qoyulma tarixi: 19.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəlikləri:

  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərinin minimuma endirilməsini təmin etmək. 
  • Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
  • Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək.
  • Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək.
  • Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək.
  • Təsərrüfat üzrə təmir və texniki xidmət üçün sifarişləri qəbul etmək və vaxtında çatdırılmasına nəzarət etmək
  • İstifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məluatların dəqiq qeydiyyatını aparmaq.
  • Fəaliyyət avadanlıqları və təchizat üzrə illik tələbləri koordinasiya etmək.
  • Böyük layihələrlə bağlı satınalmaları koordinasiya etmək.
  • Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək.
  • Gömrük ve vergi qanunvericiliyini nəzərə alınaraq gömrük sənədləşdirilməsinin aparılması və nəzarəti
  • Malları gömrükdən keçirərək, tələb olunan vergi rüsumlarının ödənilməsi, əlaqədar sənədləşmələrin aparılmasının təşkili və nəzarəti
  • Logistik ehtiyac analizinin aparılması və PL xidmət formasının seçilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
  • MS Office (Word, Excel, Power point), 1c
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
  • Rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
  • Səlist və aydın nitq, fikrini düzgün idarəetmə qabiliyyəti
  • Danışıqların aparılması bacarığı
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı,
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
  • İşgüzar və məsuliyyətli

İş yeri: Bakı şəh.

İş qrafiki: Həftə içi 09:00-18:00, şənbə yarım gün.

Naharla təmin olunur

Əmək haqqı: müsahibə əsasında

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Satınalma meneceri” qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilər və ya karvanl.com saytından karyera bölməsindən müraciət edə bilərsiniz.