Marketinq üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
  • Azərbaycan dili səlis, rus və ya ingilis dili əla səviyyədə olmalı;
  • Marketinq sahəsində ən azı 1 il iş təcrübəsi olmalı;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli;
  • Ezamiyyətlərə hazır olmalı.

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır;
  • Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s. təşkilində iştirak edir;
  • POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işi təşkil edir;
  • Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir;
  • Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir.

İş şərtlərimiz:

  • Əmək haqqı: 800-1000 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.