Mexanika mühəndisi

  • Amal Group
  • Elanın qoyulma tarixi: 18.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq
  • Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək
  • Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək
  • Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq
  • Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstək vermək və inkişaf etdirmək
  • Tender prosesində şirkətlərdən gələn təklifləri texniki baxımdan dəyərləndirmək və qiymətləndirmək
  • Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək
  • Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək
  • Layihənin yekununda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək
  • Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək
  • Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək
  • Mexanika üzrə texniki hesabatları yerinə yetirmək
  • İsitmə, soyutma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri, avtomatik yanğın söndürmə sistemləri (mexanik sistemlər) barəsində nəzarəti həyata keçirmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil: Mexanika mühəndisi ixtisası üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
  • Kompüter bacarıqları: MS Office, Autocad

Əmək şəraiti:

  • İş yeri: Qubadlı rayonu
  • İş rejimi: 6 gün, Əmək Məcəlləsinə uyğun olaraq
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Qalmaq və yemək şirkət tərəfindən verilir.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Mexaniki mühəndis” yazmaqla göndərə bilərlər.