Camaşırxana Rəhbəri (Qusar)

İşin təsviri

Camaşırxana Rəhbəri

VƏZİFƏSİ

• Camaşırxana işini təşkil etmək
• Göstərilən işin vaxtında və keyfiyyətli olmasına nəzarət etmək.
• İş bölgüsünün işçilər arasında düzgün bölgüsünü təşkil etmək.
• Camaşırxana işinin gündəlik,həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək.
• Camaşırxana işçilərinə təlimlər keçmək, avadanlıqların işləmə prinsiplərini, geyim əşyalarının və yataq dəstlərinin təmizlənmə mexanizmlərini, ütülənməsini və qablaşdırılmasını öyrətmək.
• Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək.
• Camaşırxanaya aid olan avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək.
• İşçi personalının təhlükəsizliyini təmin etmək.
•  Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək.
• Camaşırxana işinin inkişafı üçün öz təklif və iradlarını rəhbərliyə catdırmaq.

TƏLƏBLƏR:

• Azərbaycan və Rus dili bilikləri olması
• İngilis dilinin elementar biliyi və ya elementar anlayışı
• Yaşı 35-dən yuxarı
• Ali təhsilinin olması
• Otelçilik sahəsində təcrübəyə malik olması
• Camaşırxana işini bilməsi
• Kompyuter biliklərin olması
• İdarə etmə bacarığının olması
• Təcili vəziyyətlərdə qərar vermə bacarığının olması

İŞ ŞƏRAİTİ:

• İş yeri – Qusar rayonu
• İş saatı- 08:00 – 17:00
• Baki- Qusar nəqliyyat xərci
• Şirkət tərəfindən evlə təmin olunma
• Nahar yeməyi şirkət tərəfindən təmin olunma.

ƏMƏK HAQQI:

• 800-900 AZN (Namizədin təcrübəsindən asılı olaraq dəyişir)

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda, CV-nizi (şəkilsiz cv-lər qəbul olunmayacaq)

[email protected]

email ünvanına göndərin. Xahiş olunur yalnız Camaşırxana işini bilən namizədlər CV –ni göndərsinlər.

Gals Cleaning and Supply Services tərəfindən digər vakansiyalar