İşə Qəbul Bölməsinin Rəhbəri

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 15.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər: 

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: İşə qəbul sahəsində 3 - 5 il iş təcrübəsi (ən azı 1 il komanda idarəetmə təcrübəsi);
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır);
  • Yaxşı səviyyədə MS Excel bilikləri (Statistik, Date, Məntiq və Axtarış funksiyalarından istifadə);
  • Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Deleqasiya etmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • İşə Qəbul Bölməsinin fəaliyyətini tənzimləyir və idarə edir, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirmək üçün, onlara mentorluq edir;
  • İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət edir;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
  • Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
  • Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
  • İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün müxtəlif metrikaları müəyyən edir və mütəmadi izləyir;
  • Tabeçiliyində olan əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və qarşılanmasını təmin edir;
  • Gələcəkdə yarana biləcək işə qəbul ehtiyaclarını planlaşdırmaq üçün struktur rəhbərləri ilə sıx əlaqədə olur;
  • Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
  • «Employer Branding»-i gücləndirmək üçün digər strukturlarla birgə fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Bölmənin fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir.

İş şərtlərimiz: 

  • Əmək haqqı: 2366 – 2630 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul Bölməsinin Rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.