Elektromexanik

İşin təsviri

Elektromexanik  (Tikinti avadanlığı - dirsəkli, teleskopik, qayçı tipli  qaldırıcılar və s.  -  Haulotte, Dinolift, Genie, JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.)

İş rejimi: Tam

İşə başlama tarixi: Mümkün qədər tez

İş yei / Müsahibə yeri: 1045  Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev  

(Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 08:00-dan 17:00-a kimi
  • İstirahət: Şənbə, Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Tələblər:

  • Kişi: 25 - 40 yaş arası
  • Orta ixtisas və ya ali texniki təhsil;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus;
  • Bu sahə üzrə  3-5 il iş təcrübəsi olmalıdır;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi olmalı (“C” kateqoriyalı vəsiqənin olması arzuolunandır);
  • Şəxsi avtomobilinin olması arzuolunandır
  • Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
  • Analoji peşə üzrə kurslar;
  • Bu sahə üzrə sertifikatı olmalıdır;
  • Sürücülük vəsiqəsi olmalıdır;
  • Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
  • Tək və komandada işləmə bacarığı olmalı;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Bilməlidir:

  • Elektrik işini bilmək (elektrik sxemlərini oxumağı bilmək);
  • Hidravlikanı bilmək (hidravlik sxemləri oxumağı bilmək);
  • Elektron avtokataloqları mütləq bilmək;
  • Xüsusi texnikanın quruluşunu bilmək;
  • Xüsusi texnikanın iş prinsipini bilmək;
  • Xüsusi texnikanın konstruktiv xüsusiyətlərini bilmək;
  • Xüsusi texnikanın alətlərini (multimetr/diaqnostika aparatı) tanımalı və onlarla işləmə qaydalarını bilmək;
  • Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.
  • Əməyin mühafizəsinin qayda və normalarını.

Vəzifə öhdəlikləri:

  • Vəzifə təlimatını, SƏTƏM , İR, Servis və şirkət qaydalarını bilməlidir; 
  • Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
  • Texnika ilə bağlı (Çəngəlli avtoyükləyici, Qayçı tipli qaldırıcı-səbət, Teleskopik yükləyici (Haulotte, Dinolift, Genie, JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.) və s.) elektro/hidravliksxemlərin oxunması, elektrik nasazlıqlarının yaranması səbəbindən həmin nasazlıqların aradan qaldırılması, elektrik və yoxlama cihazları ilə işləməsi, servis edilməsi, ona xidmət göstərilməsi;
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
  • Görülən işlər barədə hesabatlar təqdim etməli.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Elektromexanik” göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
  • Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.

Caspian Services Group tərəfindən digər vakansiyalar