İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri

İnsan Resursları üzrə mütəxəssis

Müəssisə: “ Rövşən Oğuz Qrup “ MMC

Departament: İnsan Resursları Departamenti

Vəzifə: İnsan Resursları üzrə mütəxəssis (400-500 Azn)

İş saatı: Həftə içi 5 gün 9:00-18:00 (Şənbə, Bazar istirahət)

Əsas vəzifə-öhdəliklər:

- İnsan Resursları ilə əlaqədar hazırlanan proqrama müvafiq məlumatların daxil edilməsi : (işçilərin əmək kitabçası, klinikadan göndərilən sertifikatlar, şəxsiyyət vəsiqəsi, tibbi və sosial siğorta məlumatları);
- İşçilərin işdə iştirakı cədvəli ilə daimi maraqlanmaq, aparılan qeydiyyatlara əsasən aylıq tabellərin hazırlanması;
- İşçilərin şəxsi işlərində yerləşdirilən sənədlərin (T-2 və digər formaların doldurulması)vaxtında və düzgün toplanması, bununla əlaqədar departament daxili filing prosesinin düzgün təşkil edilməsi;
- Yeni işə qəbul olan işçilərin adaptasiya prosesində qəbul edilmiş prosedurların izlənməsi və bu haqda müvafiq hesabtların doldurulması;
- Qanunvericilik çərçivəsində əmrlərin hazırlanması;
- Lazımi təqdirdə İR Departamenti ilə əlaqədar verilən tapşırıqlardan irəli gələn işlərin görülməsi;

Tələb olunan keyfiyyətlər:

- Qeyd olunan sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
- Əmək Məcəlləsi və Qanunverciliklə əlaqədar digər normativ-aktlar haqqında biliklər;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını (İnsan Resursları üzrə mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda qeyd olunan ünvana da təqdim edilə bilər:

Bakı şəhər, Bayıl qəsəbəsi, M.Useynov küçəsi 14