İşin təsviri
Vəzifə öhdəlikləri:
- Vergi və maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların təqdim olunması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
- E-qaimələrin göndərilməsi və onlayn kargüzarlıqla bağlı əməliyyatların həyata keçirilməsi;
- Debitor və kreditorların uçotunun aparılması və qarşılıqlı üzləşmələrin həyata keçirilməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Əməkhaqqı hesablanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Gündəlik əməliyyatların 1 C proqramında uçota alınması.
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübə;
- Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalı;
- 1 C proqramından yüksək səviyyədə istifadə edə bilməli;
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
- Elektron portallarda işləmək bacarığı;
- Analitik düşünmə bacarığı;
- Azərbaycan dilini səlis bilməli (rus və ya ingilis dili biliklərinin olması üstünlükdür);
- Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür;
İş şəraiti:
- İş vaxtı: 5 günlük iş rejimi;
- İş yeri: Lökbatan qəsəbəsi.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Vergi üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 31.01.2024-cü il