Keyfiyyət menecmenti üzrə Mütəxəssis

İşin təsviri

 

İş Elanı №56JS/13

 
SƏBA” şirkətlər qrupu Keyfiyyət menecmenti üzrə Mütəxəssis vəzifələrinə işçi axtarışı elan edir.

Əsas öhdəliklər:

• Şirkətlər qrupunun İSO 9001:2008 və İSO 22000:2005 üzrə sertifikatlaşdırlmış müəssisələrində azərbaycan və rus dilində proseslərin, prosedurların, təlimatların, iş instruksiyaların, digər nəzarətdə olan sənədlərin və formaların  işlənməsi və  ya aktualizasiyası, kritik kontrol nöqtələrin (CCP), PRP və OPRP prosedurların işlənməsi və ya aktuallaşdırması , o cümlədən:
             - iş proseslərin İSO 9001 və 22000 tələblərinə uyğun təsvir etmək ;
             - iş proseslərinin blok sxemlərini işləmək ;
             - iş təlimatlarını normativlərə əsasəsən işləmək ;
             - sənədlərdə lazımı dəyişiklikləri edib  işçilərə yeni versiyalarını paylamaq ;
             - görülmüş işlərin həftəlik və  aylıq hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək ;
• İSO, QOST və AZS və şirkət daxili standartlarının yüksək səviyyədə aparmaq və lazım olan hallarda onların tərcümə etmək.

Əsas tələblər:

• Ali təhsil (keyfiyyət/standartlaşdırma və gida məhsulları texnologiyası sahəsi üzrə arzuolunandır) ;
• Bu sahədə ən azı 1 il iş təcrübəsi ;
• MS Office proqramları istifadəçisi kimi mükəmməl biliklər ;
• İSO 9001:2008 və 22000:2005 beynəlxalq standartlarını bilmək ;
• Azərbaycan və rus dillərində sərbəst danışmaq, hər iki dildə sərbəst və yüksək səviyyədə sənədləşdirmə aparmaq ;
• Dəqiqlik, detallara fikir vermək ;
• Ölkədaxili ezamiyyət etmək imkanına malik olmaq.

Əmək haqqı 600 - 700 manat arası nəzərdə tutulur.

Əgər yuxarıda qeyd edilən vəzifələrdə işləmək istəyirsinizsə, CV-nizi  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№56JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

İşəgötürənin reytinqi

SABA group of companies tərəfindən digər vakansiyalar