Auditor

  • PASHA Holding
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Təsdiq olunmuş İllik Audit Planına  və Audit Komitəsinin  tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
  • Nəzarət çatışmazlıqları aşkar etmək üçün orta çətinlikdə olan audit prosedurların həyata keçirilməsində iştirak etmək;
  • Audit Layihəsi çərçivəsində müəyyən tutulmuş sahə audit prosedurları həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Layihə rəhbərii və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali iqtisadi və ya hüquqi təhsil  (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
  • Müvafiq sahədə iş təcrübəsi: 1 ildən artıq; 
  • Audit sahəsinə aid biliklər;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; 
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək baçarığı.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Pİ-Auditor” qeyd olunmalıdır;
  • CV-lər 7 fevral, 2024-ci il tarixinə qədər göndərilməlidir.

İşəgötürənin reytinqi

PASHA Holding tərəfindən digər vakansiyalar