Elektron sənəd dövriyyəsi (ESD) sistemi üzrə təcrübə proqramı

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);
  • Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Operativ qərarvermə bacarığı və punktuallıq;
  • Task management alətləri ilə iş təcrübəsi (Jira, Azure Boards, Redmine və s.)
  • Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki) | Rus dili arzuolunandır;
  • Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.

İş üzrə öhdəliklər:

  • İlkin texniki biliklərə sahib olması, MsOffice və digər köməkçi alətlər ilə işləmə bacarıqları;
  • Mövcud informasiya sistemləri öyrənmək, dəstəyin verilməsi, inkişafı və yeniləmə fəaliyyətlərində fəal iştirak etmək;
  • Nöqsanların/Tələblərin analiz edilməsi, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri və layihə iştrakçıları ilə razılaşdırılması;
  • Sistem funksionallıqların testing-in aparılması, problemlərin, natamam funksionallıqların müəyyən edilib ətraflı izah edilərək qeydlərin aparılması;
  • Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin biznes proseslərin analiz edilməsi;
  • Risklərin, yaranacaq problemlərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması və rəhbərliyə məruzə edilməsi;
  • Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “Tapşırıqlar toplusunun” prioritetə görə formalaşdırılması;
  • Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
  • Gündəlik/həfdəlik SCRUM/Agile görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
  • Təlimlərin keçirilməsi;
  • Təqdimatların hazırlanması;
  • İstifadəçi təlimatlarının hazırlanması.

Üstünlüklər:

  • Elektron Sənəd Dövriyyəsi Sistem ilə iş təcrübəsi;
  • Dövlət təşkilatında kargüzarlıq sahəsində iş təcrübəsi;
  • Kargüzarlığın aparılmasına dair təlimatların bilgiləri.

Təcrübə proqramını uğurla başa vuran təcrübəçilər sonda işlə təmin olunaraq Ultra Technologies ailəsinin bir üzvü olacaqlar!

Maraqlananlar müraciət üçün CV-nizi “ESD sistemi üzrə təcrübəçi” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.