Marketinq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarına və veb saytlarına nəzarət edərək yeniliklərin tətbiq edilməsi: kontentin hazırlanması, paylaşılması,korporativ dizaynın qorunub saxlanması və  vaxtaşırı yenilənməsi;
  • Şirkətin PR fəaliyyətinin təşkili (jurnalarla, xəbər saytları ilə işin qurulması), yayılacaq materialların hazırlanması
  • Korporativ tədbirlərin təşkili və idarə olunması Daxili (əməkdaşlar üçün) və Tərəfdaşlarla tədbirlərin, teambuildinglərin təşkilində verilən tapşırıqların yerinə yetirilməsi 
  • Marketinq hesabatların və planların vaxtında hazırlanmasının təmin edilməsi, görülən işlər barədə aylıq,illik hesabatların təqdim edilməsi;
  • Həyata keçirilmiş uğurlu layihələrin təqdimatlarının hazırlanması 
  • Reklam və promo məhsulların ehtiyaclarının müəyyən edilməsi, sifarişlərin icrası və çapa göndərilməsi
  • Müştəri məmnuniyyətinin ölçülməsi, müştəri rəylərinin analizi

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Marketinq, iqtisadiyyat və ya biznesin idarəolunması üzrə ali təhsil)
  • Tələblər: Bu sahədə 2 il və üzəri iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili səlis,İngilis dili və Rus dilləri yaxşı səviyyədə 
  • Digital marketinq və PR sahəsində biliklər
  • Analitik düşüncə və yaradıcı yanaşma qabiliyyəti
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək 
  • İş yeri: Səməd Vurğun 79B
  • Əmək haqqı: 1000 + AZN

Müraciət etmək qaydası:

Maraqlanan namizədlər CV-ləri e-mail ünvanına göndərə bilərlər. Elektron məktubun “Mövzu” hissəsində “Marketinq üzrə mütəxəssis” vəzifəsi qeyd edilməlidir.