PL/TMM mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi; 
  • PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
  • PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
  • Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
  • PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi; 
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
  • Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
  • Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
  • Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
  • Araşdırma və təhlil üçün tələb olunan məlumatı toplama bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik və təşəbbüskarlıq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 yanvar 2024-cü il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi