Referent (Ələt qəsəbəsi)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəsisə rəhbərinin işinin təmin edilməsi və ona xidmət göstərilməsi üzrə texniki funksiyaları yerinə yetirmək; 
  • Rəhbərin telefon danışıqlarını təşkil etmək, telefon xəbərlərini qəbul etmək; 
  • Rəhbərin keçirdiyi iclas və müşavirələrin hazırlanması üzrə işi (lazımi materialların toplanması, iştirakçıların vaxt, yer və gündəlik barədə xəbərdar edilməsi) həyata keçirmək, protokollar tərtib edib rəsmiləşdirmək; 
  • Rəhbərin iş yerini dəftərxana ləvazimatları, təşkilati texnika vasitələri ilə təmin etmək; 
  • Kargüzarlığı aparmaq, daxil olan məlumatları qəbul etmək, qəbul edilmiş qaydaya müvafiq olaraq onun sistemləşdirilməsini həyata keçirmək; 
  • Rəhbərin imza etməsi üçün verilən sənədləri və işçilərin şəxsi ərizələrini qəbul etmək

Tələblər:

  • Təhsil: Orta ixtisas dərəcəsi;
  • Kompüter bilikləri: MS Office proqramlarını yaxşı bilmək;
  • Sənədləşmənin təşkili bacarıqları

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Yüksək kommunikabellik;
  • Vaxtı səmərəli idarə etmək bacarığı

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 08.01.2024-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.