Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri Şöbəsinin Baş Mütəxəssisi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 28.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Risk profilləri üzrə anketin və intervyu prosedur və qaydalarının təkmilləşdirilməsi;
  • Müştərilərlə görüşlərin keçirilməsi, risk profillərinin təyini, intervyu nəticələri əsasında müştərinin çatmaq istədiyi maliyyə hədəflərinin müəyyən edilməsi;
  • Müəyyən edilmiş risk profili və maliyyə hədəflərinə uyğun investisiya strategiyasının formalaşdırılması və investisiya alətlərinin köməyi aktivlərin bölgüsünü və yerləşdirilməsi üzrə maliyyə məsləhətinin verilməsi; 
  • İnvestisiya siyasəti bəyannaməsinin tərtibi və onun RM, broker və bankın risk departamenti arasında qüvvədə olan prosedurlara əsasən mübadiləsi;
  • Müştəri portfellərinin icrasına nəzarət etmək və icranın yekunlaşdırılması və hesabatlılığın təmin edilməsi istiqamətində müvafiq proseslər daxilində əlaqədar struktur bölmələrlə münasibət qurmaq;
  • RM və müştərilərlə treyninqlərin təşkili və yeni məhsullar haqqında təqdimat və seminarların həyata keçirilməsi
  • Həftəlik və aylıq bazar icmallarının hazırlanması;
  • İnvestisiya portfellərinin (model, özəl hazırlanmış və digər) və statistik məlumatlarını müntəzəm olaraq izləmək, əlaqədar tərəflər arasında mübadiləsini təmin etmək; 
  • Portfellərin yenidən balanslaşdırmaq və müştəriləri məlumatlandırmaq.

Sizdən nə tələb olunur?

  • Biznes, maliyyə, investisiya və əlaqədar sahələr üzrə bakalavr təhsili (xarici təhsil, magistratura arzuolunandır);
  • Güclü analitik bilik və problem həllinə yönəlmiş bacarıqlar;
  • Güclü ünsiyyət bacarığı, tapşırıqların icrasında çevik yanaşma bacarığı;
  • İqtisadiyyat və maliyyə bazarlarında baş verən hadisələrə yüksək marağın olması;
  • İş təcrübəsi –3-5 il;
  • Dil bilikləri – Rus, İngilis.

İşəgötürənin reytinqi