Mobil Proqramlaşdırma üzrə Baş Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 26.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Komandada digər mobil proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün mentorluq etmək;
  • Banka dəyər qatacaq Android/iOS platforması üçün yüksək səviyyəli proqram yaratmaq;
  • Tələb olunan proqramın visual elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrini koda çevirmək;
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək;
  • Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq. Sürət, keyfiyyət və stabillik üçün testlər aparmaq;
  • Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il təcrübə;
  • Xarici dillər: İngilis(yaxşı);
  • Komputer bilikləri: Native android və ya iOS development, Java və ya Objective C, seçimə uyğun Kotlin, Flutter üzrə mükəmməl biliyin olması. RESTful APIs, SOAP daxil olmaqla İnfrastruktur biliyin olması. Verilənlərin strukturu və alqoritm biliyin olması;
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT;
  • Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi. Bankçılıq təcrübəsinə üstünlük verilir. Üstünlük verilir: kodun yenidən işlənməsi, dizayn nümunələri, dizayn yönümlü inkişaf, domain yönümlü dizayn, CI/CD, yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi. ikili proqramlaşdırma, testlər üzrə bilik.

İşəgötürənin reytinqi