Debitor Borclar üzrə Mühasib

  • Agro-West DC LLC
  • Elanın qoyulma tarixi: 26.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Maliyyə sahəsində 1-3 illik təcrübə;
  • Güclü proses və planlaşdırma təcrübəsi;
  • Microsoft Office proqram bilikləri olmalı(Excel  yüksək səviyyədə);
  • Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
  • Analitik düşünmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Debitor borclarının izlənməsi və təhlili;
  • Şübhəli Debitor borclarının müəyyən edilməsi;
  • Avans sahiblərinin balanslarına nəzarət etmək;
  • Müştərilər ilə üzləşmə aktlarını/hesabatlarını hazırlamaq;
  • Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvləri və uyğunsuzluqları aradan qaldırmaq;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Açıq PM və AR hesablarının qısa zamanda ödənilməsi və yaxud ödənişə zəmanətin alınması;
  • Ayda ən azı bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Debitorların izlənilməsi və ödənişləri təmin etmək, hesabların yazılması, gündəlik E-qaimə tərtib edilib göndərilməsi.

İş Şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Korporativ nömrə,nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: 800-1000 AZN(NET)
  • Ünvan: Bakıxanov qəs B.Bünyadov

Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Debitor borclar üzrə mühasib” yazaraq elektron poçtuna göndərmələri xahiş olunur.