Pərakəndə kreditlərin monitorinqi şöbəsinin mikro kreditlərin monitorinqi üzrə kiçik mütəxəssisi/mütəxəssisi (Şimal və Mərkəz regionları üzrə)

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 25.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Rol haqqında:

Mikrokredit məhsulları üzrə planlı və növbədənkənar monitorinqləri həyata keçirmək, aşkarlanmış nöqsanlar barədə hesabatları tərtib etmək və  nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün namizəd axtarırıq. Mikrokredit məhsullarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması əsas məqsədimizdir.

Öhdəliklər:

  • Mikromaliyyələşdirmə üzrə verilmiş kredit portfelinin mütəmadi monitorinqini aparmaq;
  •  Monitorinqin nəticələrini hesabat şəklində tərtib etmək;
  • Ehtiyac olduğu halda mikromaliyyələşdirmə kreditləri üzrə daxil olmuş müştəri şikayətlərini araşdırmaq;
  • Şübhəli hallar barədə daim rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Mikromaliyyələşdirmə üzrə kredit vermə prosesi və prosedurunun təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Monitorinqlərin aparılması zamanı mövcud qanunverilciliyin və ya Mərkəzi Bankın normativ xarakterli aktların tələblərinin pozullması barədə dərhal məsul şəxsə müvafiq məlumatların verilməsi;
  • Mütəmadi ezamiyyətlərdə olmaq;
  • Bank daxili işçi heyəti üçün nəzərdə tutulmuş digər prosedur qaydalarına riayət etmək.

Tələb olunan bacarıq və təcrübə:

Sizin barənizdə: 

  • İqtisadi, maliyyə və ya idarəetmə sahəsində ali təhsil;
  • Nəzarət, audit, risk və ya mikromaliyyələşmə sahəsində ən az 1 il iş təcrübəsi;
  • Kompyuter biliyi: Texniki-analitik bilik və bacarıqlar, Microsoft Excel;
  • Əla səviyyədə Azərbaycan dili (Rus və ingilis dillərinin olması üstünlük təşkil edir);
  • Sürücülük vəsiqəsinin mövcudluğu;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik;
  • Mikro kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq.

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları:

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

İşəgötürənin reytinqi