Kiçik marketinq mütəxəssisi

  • Laser Service
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq kommunukasiya planının həyata keçirilməsində birbaşa iştirak etmək
  • Satış və tanıtım məqsədləri üçün müxtəlif reklam mətnləri hazırlamaq
  • Şirkətdaxili marketinq məhsullarına (kataloq, flayer, baner, promo və s.) yaranan tələblərə əsasən sifarişləri kordinasiya etmək
  • Şirkətin sərgilərdə və markanın tanıtımı məqsədi ilə müxtəlif tədbirlərdə iştirakını təşkil etmək
  • Rəqib brendlərin məhsullarının kommunikasiya yenilikləri haqda hesabatları izləmək. 
  • Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərin təyin etmək;
  • SMM üzrə aylıq planların icrasına nəzarət etmək;
  • Plan üzrə vizualların və video kontentlərin hazırlanmasında iştirak etmək;
  • Marketinq şöbəsinin fəaliyyəti ilə bağlı digər işlərdə iştirak edəcək.
  • Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan digər tapşırıqları yerinə yetirmək;

Tələblər:

  • Marketinq anlayışlarından xəbərdar olmalıı
  • Rəqəmsal marketinq üzrə bilik və təcrübə (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn, Tiktok və s.);
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən olmalı;
  • Azərbaycan dilini səlist bilməli, Rus dili arzuolunandır
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Kreativ yanaşmaya sahib və yeniliklərə açıq olmalı;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı olmalı;
  • Yaş həddi: 18-35

Əlavə məlumat:

  • Bazar ertəsi – Şənbə: 10:00 – 19:00
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə görə razılaşma əsasında

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Kiçik marketinq mütəxəssisi” qeyd etməklə göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.