Satınalma nəzarəti üzrə aparıcı mütəxəssis

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək, Audit planları və proqramları əsasında təchizat sahəsində daxili audit yoxlamalarını aparmaq və Audit hesabatlarının hazırlamaq, 
  • Bazar qiymətlərinə (daxili və xarici) tam bələd olmaq və satınalma proseslərində analizlər aparmaq,
  • Satınalma prosesinin əlverişli şərtlərlə həyata keçirildiyini nəzarətdə saxlamaq, Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək, Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq  risklərinin qiymətləndirilməsini aparmaq,
  • Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il (istehsalat təcrübəsi üstünlükdür)
  • Təhsili/ixtisası: Ali təhsil  (Menecment, İqtisadi sahələr üzrə üstünlükdür)
  • Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
  • Dil bilikləri: İngilis dili (Rus dili biliyi üstünlükdür)
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)  
  • Cins: Bəy namizədlərə üstünlük veriləcək.

İş şərtləri:

  • Struktur: Daxili nəzarət şöbəsi
  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
  • Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Satınalma nəzarəti üzrə aparıcı mütəxəssis” başlığı altında e-mail ünvanına göndərmələri xahiş olunur.