Yanğından mühafizə üzrə texnik

İşin təsviri

Vəzifənin məqsədi:

Zavodda yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və istehsalatda prosedura uyğun olaraq bu qaydaları tətbiq etmək.

Vəzifə öhdəlikləri:

  • Təhlükəsizlik və yanğınsöndürmə avadanlıqlarının saz vəziyyətdə olmasına əmin olmaq;
  • Yanğınsöndürmə avadanlıqlarının həftəlik, aylıq və illik yoxlanışını aparmaq;
  • Zavod təmirə dayandıqda və ya texniki qulluq zamanı icra edilən alovlu işlərə nəzarət etmək,lazım olan yanğınsöndürmə avadanlıqlarının təmini üçün dəstək vermək;
  • Zavod işçilərinə yanğınsöndürmə avadanlıqlarının ilkin istifadə qaydalarının təlimini keçmək;
  • Zavodda baş verə biləcək təcili hal zamanı cavabdeh şəxslərə məlumat vermək;
  • Zavodda yarana biləcək  hər hansı təcili hal üçün önləyici tədbirlər planı hazırlamaq və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • İstehsalatda yanğın təlim-məşqin keçirilməsinə dəstək vermək və sonda hesabatın hazırlanmasında iştirak etmək;
  • Gündəlik olaraq zavod ərazisinin yol hərəkəti xəritəsini izləmək və nəqliyyat vasitələrinin bütün istehsalat sahələrinə tez bir şəkildə çatmasına əmin olmaq
  • Rəhbərliyin təlimatına əsasən digər işlərin yerinə yetirilməsində köməklik göstərmək;

Tələblər:

  • Bakalavr təhsili/ peşə məktəbi;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlük verilir;
  • Dil bilikləri (İngilis dili başlanğıc səviyyə- Texniki sözləri bilmək arzuolunandır);
  • Yanğından Mühafizə,Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydaları və normalarından məlumatlı olmaq;
  • Microsoft Office proqramlarında işəmək bacarığı (Word, Excel, PowerPoint, Outlook);
  • Ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Qapalı sahə və yüksəklik qorxusu olmayan işçilərə üstünlük verilir;
  • Yanğından mühafizə və zavodda yerləşən bütün qurğular üzrə biliklərin artırılması və özünü bu yöndə inkişaf etdirməsi.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Yanğından mühafizə üzrə texnik” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 25.12.2023

İşəgötürənin reytinqi