Kreditor Hesablar üzrə Mühasib/Kiçik Mühasib

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 18.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində və şəhər ofisində yerinə yetirmək imkanı var)

Tələblər:

  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
  • Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini ixtisasın tələb etdiyi səviyyədə bilmək;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
  • CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək. 
  • Analitik düşüncə;
  • Effektiv kommunikasiya bacarığı;

Vəzifə və Öhdəliklər:

  • Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
  • Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması
  • Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması 
  • Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi
  • Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin SAP proqramına daxil edilməsi
  • Tədarükçülərlə yarımillik və illik razılaşmaların əldə edilməsi
  • Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması
  • Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması
  • İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi 

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 25.12.23

İşəgötürənin reytinqi