İşin təsviri
İş barədə məlumat:
- Müxtəlif kanal və platformalardan istifadə edərək effektiv rəqəmsal marketinq strategiyalarının, büdcəsinin hazırlanması və icrası.
- Hədəflər və KPI-larla əlaqədar olaraq rəqəmsal marketinq büdcəsini idarə edir və konversiya, leads, ROAS və ROI kimi göstəricilərin müşahidəsi
- Konversiyanın artırılması və müştərilərin saxlanması üçün retargetinq kampaniyalarının planlaşdırılması və qurulması.
- Sosial media hesablarını idarə edilməsi və şirkətin brend üslubuna və təlimatlarına uyğun hədəf auditoriyası ilə rezonans doğuran vizual və yazılı məzmunun yaradılması
- Korporativ veb-saytın yenilənməsi və saytdakı məzmununun aktual, dəqiq və brend standartlarına uyğun olmasının təmin edilməsi
- SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması;
- Google Analytics, Tag Manager, Yandex Metrica və digər analitik vasitələrlə iş;
- A/B testlərin edilməsi və nəticələrin analizi;
- Google Ads və Meta Ads kimi platformalarda kampaniyaların dizayni, analizi və optimalaşdırılması
- Açar sözlərin tədqiq edilməsi və mövcud məzmunun optimalaşdırılması
- Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
- Marketinq kampaniyaları üzrə kompleks hesabatların tərtibi və təhlili.
- Marketinq strategiyalarını adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili.
- Ünvan - Rəsul Rza 75, Winter Park Plaza
Namizədə tələblər:
- Ali təhsilin olması (Biznes, Marketinq, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
- Məzmun (vijual, video, mətn) yaradılması sahəsində güclü bacarıqlar,
- Qrafik dizayn alətlərində (məsələn, Adobe Creative Suite) bacarıq.
- Veb məzmun idarəetmə sistemləri ilə tanışlıq
- Google Ads, Meta Ads-də reklam kampaniyalarının effektiv qurulması və optimizasiyası sahəsində təcrübə, həmçinin kontekstli reklam, hədəf reklam və retargetinq bilikləri.
- Sosial şəbəkələrin fəaliyyət prinsiplərinin dərindən anlaması və reklam alətləri və analitikadan istifadə etməklə onların inkişafına monitorinq təcrübəsi.
- Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
- Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
- SEO üzrə biliklər;
- Email marketinq alətləri və strategiyalarında bacarıq.
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları.
- Kollektiv və fərdi işləmə bacarığı;
- Öyrənməyə və şəxsi inkişafa meyllilik;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı
- Yüksək yaradıcılıq.
Müraciət üçün aşağıdakı linkə daxil olun.