Ərzaq məhsulları üzrə əmtəəşünas (hava limanı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsal sahələrində istifadə olunan mal və materialların ekspeditor vasitəsilə təchizatçıdan qəbulunu təşkil etmək;
  • Malların növ və xüsusiyyətindən asılı olaraq ekspeditorun köməyi ilə FİFO (first in – first out) qaydasını nəzərə alaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
  • Qəbul olunan malların 1C sistemində vaxtında mədaxil etmək; 
  • Anbarda və istehsalat sahələrində vaxtı keçmiş malların vaxtında təchizatçıya qaytarılmasını təmin etmək;
  • Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin uçotunu aparmaq.

Vəzifə tələbləri:

  • Cinsi: Kişi;
  • Təhsil: Ali təhsil;
  • Yaş həddi: 20 - 35 yaş;
  • İş təcrübəsi: 1 ilədək;
  • Dil bilikləri: İngilis və rus dillərini orta səviyyədə bilmək (A2-B1);
  • Kollektivdə işləmək bacarığı;
  • Əmək intizamına riayət.

Əmək şəraiti:

  • Əmək haqqı: 950 AZN;
  • İş rejimi: 5 günlük (09:00-18:00);
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Nəqliyyat və nahar ilə təmin etmə.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Ərzaq məhsulları üzrə əmtəəşünas” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

VIP Xidmətlər Qrupu MMC tərəfindən digər vakansiyalar