SƏTƏM üzrə mütəxəssis

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 14.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Təhlükəsiz mühitin təmin edilməsi üçün sahəyə/əraziyə səfərlərin və yoxlamaların təşkili;
  • Gündəlik Təlimatlarda (TBT) iştirak, zərurət yarandıqda onların təşkili və təmin edilməsi;
  • Podratçıların təsdiqlənmiş SƏTƏM, Fövqəladə Hallar planlarına və Risklərin Qiymətləndirilməsi Cədvəlinə uyğun işlərin həyata keçirilməsinə nəzarət;
  • SƏTƏM hadisələrinin araşdırılması və ya hadisələrin araşdırılmasında SƏTƏM Rəhbərliyinə yardımçı olmaq;
  • SƏTƏM hadisələrininin araşdırılması hesabatında aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılmasının müvafiq cavabdeh şəxslərə və ya bölmələrə həvalə edilməsini təmin etmək;
  • Qeyd olunan uyğunsuzluqların bağlanılması, təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək;
  • Ehtiyac olduqda layihə komandasına SƏTƏM baxımından məsləhətlər vermək;
  • İstifadə olunan qurğu və avadanlıqların istifadə üçün yararlı olmasını yoxlamaq və təhlükəsiz olduğunu təsdiqləmək;
  • İşçilərin peşə və təcrübə üzrə doğru işlərdə işləmələrinə nəzarət etmək;
  • İş yerlərində texniki təhlükəsizlik təcrübələrini təbliğ etmək;
  • Texniki Təhlükəsizlik qaydalarının riayət edilməsinə nəzarət etmək;
  • Fövqəladə halların idarə olunması üzrə məşqləri və təlimləri təşkil etmək;
  • SƏTƏM baxımından dövlət normativ qaydalarının riayət olunmasına nəzarət etmək;
  • Risklərin qiymətləndirilməsinin təşkili və təmin edilməsi;
  • Lazım olduqda texniki təhlükəsizlik standartlarını və siyasətlərini müəyyənləşdirmək;
  • Bütün işçilərin üçün təhlükə yaradan halların aradan qaldırılmasını təmin etmək;
  • İşçilərin texniki təhlükəsizlik baxımından problemlərinə cavab vermək;
  • İnsan həyatına, ətraf mühitə və şirkətin əmlakına ziyan verə biləcək potensial təhlükələr yarandıqda işi dayandırmaq.

Tələblər:

  • SƏTƏM və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
  • Kompüter bacarıqları: MS Office, məlumat bazası ilə işləmək təcrübəsi arzu olunandır;
  • Məsuliyyətli, intizamlı olmaq.