Biznesin idarə edilməsi üzrə mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 14.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • “ISO 22301:2019 - Security and resilience” standartından irəli gələn məsələlərə və tələblərə uyğun olaraq, şirkətin Biznes Davamlılığı strategiyasının müəyyən olunmasının və strategiyadan irəli gələn fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi
  • Biznesin Davamlılığının Planlaşdırılmasına (BDP) dair yanaşmanın müəyyən edilməsi, Biznes Davamlılığı Planlarının yaradılması, istifadəsi və həyata keçirilməsi ilə əlaqədar təlimatlar irəli sürmək məqsədilə Biznesin Davamlılığının Planlaşdırılması Siyasətinin yaradılması və tətbiq edilməsi
  • Şirkətin kritik biznes proseslərinin müəyyənləşdirilməsi üçün müvafiq yanaşmanı tətbiq etməklə Biznes Təsir Analizinin həyata keçirilməsi
  • Şirkətin əməliyyat risklərini aşkarlayıb, Risk Təhdid Kataloquna uyğun olaraq qeydə alıb, Risklərin Qiymətləndirilməsi proseslərini tətbiq edərək, risklərin aradan qaldırılması məqsədinə uyğun strategiya qurulması
  • Şirkətin İT və Şəbəkə əməliyyatları və avadanlıqlarına təsir göstərə biləcək risklər və regional/ölkə miqyaslı şəbəkə kəsintilərinin vizuallaşdırılmasının təmin edilməsi
  • Şirkətin İT və Şəbəkə avadanlıqlarına aid olan məlumatları toplayaraq topologiyalar və axın sxeminin (flowchart) yaradılması və mütəmadi olaraq məlumatların yenilənməsi
  • Fövqəladə və böhran hallarında əməkdaşların davranış qaydalarını müəyyən edən Böhran İdarəetmə Planının hazırlanması, işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq test edərək təkmilləşdirilməsi
  • Fövqəladə və böhran halları zamanı şirkət daxili və üçüncü şəxslərlə kommunikasiyanın, həmçinin media ilə əlaqələrin düzgün şəkildə tənzimlənməsi məqsədilə Böhran Kommunikasiya Planının hazırlanması, işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq test edərək təkmilləşdirilməsi
  • Fövqəladə və böhran hallarında şirkət daxili vəzifəli şəxslər və kritik proses sahibləri arasında kəsintisiz kommunikasiyanı təmin etmək məqsədilə alternativ rabitə yaradılması və həmin əməkdaşların rabitə cihazları ilə təmin edilməsi
  • Yanğın təhlükəsizliyi, zəlzələ əleyhinə və biznesin davamlılığına təsir göstərə biləcək sistemlərin və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda mövcud olan KQM (UPS) otaqları, anbarlar, generator otaqları, elektrik otaqları, arxiv ofisi və texniki otaqlarda vaxtaşırı və müntəzəm auditlərin həyata keçirilməsi
  • Şəbəkənin davamlılığı və ehtiyatlılığı nəzərindən Məlumat Mərkəzləri və Transmissiya Bağlantı Nöqtələrində yoxlamalar keçirməklə problemlərin müəyyən edilməsi və bu barədə müvafiq struktur bölmələrə məlumat verməklə prosesin koordinasiya edilməsi
  • Sığorta hadisələri zamanı şirkətin maraqlarının qorunması və istintaq prosesinə nəzarət edilməsi proseslərini icra edir; üçüncü şəxslər, mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquq-mühafizə orqanları, prokurorluq və s. kimi dövlət qurumları ilə əlaqələri tənzimləyərək idarə edilməsi
  • Ehtimal olunan və baş vermiş fövqəladə hadisələrdən sonra şirkətin fəaliyyətinin əvvəlcədən təyin olunmuş səviyyədə davam etdirməsi məqsədi ilə Qəza Bərpa Planları və strategiyalar hazırlanması, işlək vəziyyətdə saxlanması və mütəmadi olaraq test edərək təkmilləşdirilməsi
  • Şirkətin böhran vəziyyətində tədbirlər görməyə və onun nəticələrini aradan qaldırmağa hazır olması, mövcud sistemlərin, avadanlıqların və xidmətlərinin ehtiyatlılığını və coğrafi alternativlərini təmin etmək məqsədilə Biznesin Davamlılığı testlərinin həyata keçirilməsi.
  • Şirkətin texniki ofisləri, məlumat mərkəzləri və arxiv ofisində yerləşən yanğın söndürmə sistemləri, erkən yanğın xəbərdarlığı sistemləri, su sızma sensorlarının və odsöndürən balonlarının işlək vəziyyətdə saxlanılması məqsədilə, rüblük və illik olaraq testlərin keçirilməsinin təmin edilərək prosesə nəzarət edilməsi
  • “Backup” strategiyası,siyasəti və prosedurlarının yaradılması və həyata keçirilməsi, “Backup” proseslərinin monitorinqi, bərpa prosedurlarının sınaqdan keçirilməsi və ehtiyat avadanlığın və proqram təminatının saxlanması proseslərinə nəzarət edilməsi

Tələblər:

  • Təhsil: Ali təhsil
  • Analiz və təhlil etmə bacarığı
  • Dil bilikləri: Azərbaycan-əla,Rus-orta
  • MS Office (Word, Excel, Outlook) proqramlarını bilməlidir
  • Komandada işləmə bacarığı
  • Şifahi və yazılı ünsiyyət bacarığı
  • Konfidensial məlumatların qorunub saxlama bacarığı
  • Risklərin idarə edilməsi üzrə bilik
  • Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi
  • Beynəlxalq standartlar üzrə iş təcrübəsi
  • Telekommunikasiya sənayesi,müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər üstünlükdür

İşəgötürənin reytinqi