Baş aşpazın böyük köməkçisi

  • Chenot Palace
  • Elanın qoyulma tarixi: 13.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ünvan: Qəbələ

Əsas öhdəliklər:

  • Şirkətin keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı.
  • Baş Aşpaz olmadıqda onun vəzifəsini icra etmək.
  • Qida təhlükəsizliyi mövzusuna aid hər hansı bir problemi həll etmək və qeydiyyatını aparmaq. Bu problemlərlə gələcəkdə qarşılaşmamaq üçün qabaqlayıcı tədbirlər görmək və bu barədə rəhbərləri məlumatlandırmaq. 
  • Mətbəxdə olan bütün bölmələrin təmizliyinə və gigiyenasına, həmçinin işçilərin geyimlərinə nəzarət etmək.
  • Baş Aşpazın hazırladığı təlimatlara uyğun olaraq, digər bölümlərin aşpazlarına yeməklərin bişirilməsi və təqdimatı mövzusunda köməklik göstərmək.
  • Görülən işləri Otelin prosedurlarına uyğun etmək.
  • Lazım olduğunda mətbəxdəki digər bölmələrin aşpazlarına köməklik göstərmək.
  • Məhsulların qəbulu və anbarda saxlanılmasına nəzarət etmək.
  • İşin görüldüyü ərazilərin təmiz və gigiyenik olmasını təmin etmək.
  • Aşpaz köməkçilərinin və texniki təmizlik işçilərinin standartlara uyğun çalışıb-çalışmadığına nəzarət etmək.
  • Hər hansı bir problem və ya nöqsanla qarşılaşdığında bu barədə aşpazlara məlumat vermək və məsələnin qısa zamanda aradan qaldırılmasını təmin etmək.
  • Hər hansı bir zərərin qarşısını minimum itki ilə almaq.
  • Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
  • Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
  • Əməkdaşların otel, şirkət və yerli qaydada müəyyən edilmiş qaydalar və təlimatlara, otelin yanğınsöndürmə, texniki təhlükəsizlik və mühafizə ilə bağlı siyasət və prosedurlarına ciddi riayət etmələrini təmin etmək.
  • Təlim üzrə Menecerlə və Şöbə-daxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün effektiv təlim proqramları planlaşdırmaq və həyata keçirmək.
  • Əməkdaşların yaradıcı və innovativ, tələbkar olmalarını təşviq etmək və onların əməliyyatların uğuruna verdikləri töhfələrə görə qiymətləndirilmələrini təmin etmək.
  • Əməkdaşların Rəy Sorğusunun nəticələrini əməkdaşlarla bölüşmək və müvafiq dəyişikliklərin həyata keçirilməsini və əməkdaşlarla kollektiv qərar qəbul etməklə effektiv fəaliyyət planlarının tərtib edilməsini təmin etmək.

Tələblər:

  • 5+ il müvafiq sahədə təcrübə
  • Şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarını bilməli
  • Mətbəx terminologiyasını bilməli
  • Qida məhsullarının xarakterini bilməli
  • Məhsulların emalı üsullarını və texnologiyalarını bilməli
  • Bütün mətbəx qablarının işinin xüsusiyyətləri bilməli
  • Keyfiyyətli yeməklər və kulinariya məhsullarının çeşid və tələbini bilməli
  • Azərbaycan dili səlis, İngilis və Rus dili bilikləri arzu olunandır
  • Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.

Faydalar:

  • Qonaqlama
  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.
  • Korporativ nömrə

Maraqlanan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. 

Son müraciət tarixi 13 yanvar 2024.