İşin təsviri
                
                
                                
                İşin təsviri:
	- Şirkətin satış strategiyasına uyğun olaraq  korporativ müştəri seqmentində İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.
- Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.
- Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.
- İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.
- Müştəri tələbləri əsasında məhsul və xidmət təqdimatlarını (prezentasiyaları) hazırlamaq və təqdim etmək.
- Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi.
- Gəlir planlarının, satış hədəflərinin  yerinə yetirilməsini təmin etmək.
- Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
- Satış əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə daxili prosesləri optimallaşdırmaq və CRM sistemində məlumatların dəqiqliyinə nəzarət etmək.
- Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Rəhbərlik, texniki əməliyyatlara dair struktur bölmə və müştərilər arasında görüş və konfransların təşkili, protokolların və yekun sənədlərin hazırlanması.
Namizəddən nə tələb olunur:
	- Ali təhsil (biznes, menecment və ya oxşar sahələr üzrə).
- İT satış sahəsində azı 3 illik iş təcrübəsi.
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı.
- Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).
- 1C və CRM proqram təminatlarında işləmə bacarığı.
- Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
- Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.
Namizəd bilməlidir:
	- Cəmiyyət və dövlət qurumları ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.
- Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.
- Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.
- İşgüzar görüşlər, danışıqlar və tədbirlər üzrə iş protokollarının tərtib edilmə qaydaları.
- Tədbir və görüşlər zamanı məlumat, sənəd və materialların iştirakçılara düzgün və vaxtında ötürülməsi prosedurları.
- Görüş və danışıqların təşkili üçün inzibati, təşkilati və texniki tədbirlərin planlaşdırılması və icrası.
- Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.
- Biznes sənədlərinin tərtibi, qeydiyyatı, icrası və arxivləşmə qaydaları.
- Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmləri.
- CRM və verilənlər bazaları ilə işləmə bacarıqları.
Əlavə məlumat:
	- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
- Vakansiya növü : Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- Son müraciət tarixi:  30 noyabr  2025
Təminatlar:
	- Korporativ telefon nömrəsi və danışıq paketi
- İşlə bağlı səfərlərdə nəqliyyat xərci qarşılanır.
- Push 30-dan endirim ilə yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciət edə bilərlər.