İşin təsviri
Vəzifə öhdəlikləri:
- Maliyyə məlumatlarının təhlili və maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə və mühasibat fəaliyyətinin əlaqələndirilməsi, idarəetməyə dair tövsiyələr;
- Mümkün maliyyə risklərinin təhlili və qarşısının alınması üçün təfliflərin verilməsi;
- Mühasibat uçotu məlumatlarının düzgün dövriyyəsini təmin etmək və problemləri mütəmadi olaraq həll etmək;
- Müəyyən edilmiş son tarixə qədər hər ay üçün ay bağlanmasını və idarəetmə hesablarının (P&L, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Balans hesabatı) hazırlanmasını təmin etmək;
- İllik büdcələrin hazırlanması, onların müntəzəm yenilənməsi və onların icrasına nəzarət;
- İnventarizasiya prosesində iştirak etmək və mal qalıqlarında yaranmış uyğunsuzluqların araşdırılması;
- Müəssisə resurslarının planlaşdırılması və bütün təsərrüfat fəaliyyətinin aidiyyatı şəxslər tərəfindən
- 1C ERP üzərindən aparılmasına nəzarət;
- Tabeliyində olan şirkət əməkdaşlarından şirkətin uçot siyasətinə əməl edilməsini tələb etmək və nəzarət etmək;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin düzgün qurulmasına və Mühasibatlıq şöbəsini düzgün istiqamətləndirməyə görə şirkətin rəhbərliyi qarşısında şəxsən məsuliyyət daşıyır.
- İş yeri Xocəsən qəsəbəsində yerləşir
Tələblər:
- Maliyyə, mühasibat üçotu ixtisası və ekvivalenti üzrə ali təhsil
- Azərbaycan Respublikasının Vergi və Əmək qanunvericiliyinin əsasları üzrə biliklər
- 1C ERP ilə işləmək bacarığı
- Maliyyə hesabatları ilə işləmə bacarığı
- Mühasibat uçotunun əsaslarını bilmək
- Rus və İgilis dili bilikləri olan şəxslərə üstünlük verilir
- Audit təcrübəsinin olması üstünlükdür
- MS Office proqramları ilə yaxşı işləmə bacarığı, ( Excel yüksək səviyyədə)
- Rəqəmlərə tənqidi münasibət
- Eyni anda bir neçə işi idarə etmək bacarığı
- Daxili nizam-intizam qaydalarına və iş etikasına riayət etmək
- Minimum 3 il maliyyə sahəsi üzrə aparıcə vəzifədə iş təcrübəsi
- Güclü liderlik və təşkilatçılıq bacarığı
İş qrafiki-həftədə 6 gün (09-17:00 həftəiçi,şənbə günü 09-15:00).
Maaş haqqında – interview zamanı məlumat veriləcək.